"Real"ın müdafiəçisi Rafael Varan ötən gecə Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə məğlub olduqları matçın (1:2) məsuliyyətini öz üzərinə götürüb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər"in hər iki qolu Varanın səhvlərindən sonra vurulduğu üçün müdafiəçi özünü günahkar hesab edir:
"Bu, mənim məğlubiyyətimdir. Məsuliyyəti üzərimə götürməliyəm. Yaxşı hazırlaşmışdıq. Amma mənim səhvlərimin qarşılığını ödədik. Komanda yoldaşlarıma görə çox məyusam. Hesab 1:1 olanda növbəti tura keçmək üçün şansımız var idi, lakin olmadı".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 finalında "Real" - "Mançester Siti" cütü arasında keçirilən hər iki qarşılaşmada İngiltərə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək