"Real"ın futbolçusu Luka Modriç Madrid klubunun mövsümün bərpasından sonra çıxışı haqda danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, komandanın uğurlu nəticələrinə təəccüblənmədiyini deyib:
"Real"ın fasilədən sonrakı nəticələri? Düzünü desəm, bu, məni təəccübləndirmir. Biz karantində olsaq da, hamımız məşq edirdik. Komanda yoldaşlarımla danışırdım və hamısının əlavə bir motivasiya ilə işlədiyini görürdüm.
- Bizim üçün gözlənilməz və tamamilə yeni bir vəziyyət oldu. Futbol oynamaq istəyirdik. Nəhayət birlikdə məşqə qayıtdıqda, oyunçular arasında daha da güclü bir əlaqə olduğunu hiss etdik".
Modriç hazırkı "Real"ı Kriştiano Ronaldonun oynadığı dövrlə də müqayisə edib: "Kriştianonun "Real" üçün nə qədər vacib oyunçu olduğunu söyləməyə ehtiyac yoxdur, amma deməliyəm ki, onun olmaması ambisiyalarımıza təsir etməyib. Onsuz qalib gəlməyə davam edəcəyimizə əmin idik".
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər