Rusiyanın “Ximki” klubu növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.
Qol.az xəbər verir ki, bunu yerli mətbuata açıqlamasında Moskva vilayətinin idman naziri Roman Teryuşkov deyib.
O, koronavirusa görə yarımçıq dayandırılan birinci divizionda 2-ci pillədə qərarlaşan paytaxt təmsilçisinin elitada iştirak hüququ qazandığını deyib.
U-21 millimizin sabiq üzvü Kamran Əliyevin çıxış etdiyi komandanın maliyyə problemlərinə görə Premyer Liqada oynamayacağı bildirilirdi. Teryuşkov artıq bu məsələni də yoluna qoyulduğunu, klubun yeni sponsorlarla anlaşdığını deyib.
Qeyd edək ki, "Simurq"un sabiq baş məşqçisi Sergey Yuranın çalışdırdığı “Ximki” bu mövsüm Rusiya kubokunun finalına da vəsiqə qazanıb.
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
“Ağdaş” səfərdə, “Araz Saatlı” evdə qələbə qazandı
Olmadı, Əliyar!
"Mançester Yunayted"dən "Qalatasaray"a keçə bilər