AFFA maddi problemlərlə üzləşən "Qəbələ" klubuna dəstək olacaq.
Bu barədə klub prezidenti Fariz Nəcəfov məlumat verib.
Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar aparılır.
Nəcəfov hər cür infrastruktura malik region komandasının köməksiz qalmamalı olduğunu bildirib: "Klubumuzun sərəncamında standart ölçülü 6 təbii və 2 süni örtüklü futbol meydanı var. Bundan əlavə, qapalısı da daxil olmaqla, müxtəlif ölçülü daha 3 süni örtüklü meydanımız mövcuddur. Böyük Əmili qəsəbə stadionu da kulubumuzun balansındadır. Hazırda Azərbaycan Premyer Liqasındakı bütün klublar burada təlim-məşq toplanışı keçir. Gizlətmirəm, bu, kommersiya baxımından da bizə sərfəlidir. Amma heç bir ayrıseçkiliyə yol vermədən meydanlarımızı məşq və yoxlama oyunları üçün təqdim etmişik. Xüsusən regionlarımızda ölkə futboluna xidmət edən ikinci belə baza yoxdur. Bu cür imkanlara malik komandaya dəstək verilməlidir".
Klub prezidenti AFFA ilə aparılan danışıqların müsbət nəticələnəcəyinə inandığını bildirib: "Hələ mövsümün ilk yarısında çətinliklərlə üzləşdiyimiz vaxt milli assosiasiyadan bizə köməklik göstərə bilməyəcəklərini demişdilər. Səbəb kimi mövsümün ortasında büdcədə bunun üçün vəsaitin olmaması göstərilmişdi. Amma artıq mövsümlərarası fasilə dövrüdür və konkret addımlar üçün kifayət qədər vaxt var. Ümid edirəm ki, tezliklə məsələ müsbət həllini tapacaq".
Qeyd edək ki, "Qəbələ"nin qarşıdakı mövsüm üçün büdcəsi hələ təsdiqlənməyib. Bu, baş sponsorun kluba yüksək səviyyədə dəstək vermək üçün lazımi imkanlara malik olmaması ilə əlaqələndirilib (Report).
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
UFC turniri Ağ Evdə!
DÇ-2026-da oynaya bilməyəcək
"Mançester Yunayted"dən "Napoli"yə - Rəsmi
Aleksandr Səmədov klubdan ayrılır
"Nyukasl" Fabian Şerlə müqaviləni uzatdı
Türkiyə millisi ABŞ-a çatdı, alqışlarla qarşılandı - Video
Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi
"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu
"Real"dan seçki qalmaqalına cavab
Makron milli komandanın düşərgəsində - Şəkil
Azərbaycan – Macarıstan matçının hakimləri bilindi
"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı - Rəsmi
"Real"dan yayın ilk transferi