Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümü avqustun 14-də start götürəcək.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
PFL rəhbəri bildirib ki, çempionatda yeni mövsümü məhz sözügedən tarixdə başlatmaq istəyirlər: "Sağ olsun, ölkə rəhbərliyimiz, koronavirusla mübarizəmiz çox gözəl gedir. Allahın izni ilə hər şey qaydasında olarsa, çempionatı başlatmaq niyyətindəyik".
R.Musayev mövsümün start tarixinin dəyişdirilə biləcəyini də istisna etməyib: "Həyatda hər şey ola bilər. Allah eləməsin, pandemiya ilə bağlı problem olarsa, başlama tarixi təxirə salına bilər. Necə ki, çempionatı vaxtından əvvəl dayandırdıq, indi də bu qərara görə peşman deyilik, eləcə də mövsümün startının vaxtını dəyişə bilərik. İnsanların sağlamlığı hər şeydən önəmlidir".
PFL prezidenti yay transfer pəncərəsinin vaxtının isə qarşıdakı günlərdə dəqiqləşəcəyini söyləyib (Report).
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi
Vlahoviç "Yuventus"dan gedir
AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama