"Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Rəqibin müdafiəsini rahat keçə bilirik. Hazırda müdafiəyə kömək edən forvard azdır".
Qol.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubunun baş məşqçisi Rik Şants USL liqasının 2-ci turunda "Los Anceles Qelaksi-2"yə qalib gəldikləri oyundan (4:0) sonra deyib.
Rüfət Dadaşovu tərifləyən baş məşqçi onun komandaya çox faydalı olduğunu bildirib: "Biz axtardığımız hücumçunu Rüfətlə tapdıq. Onun mərkəzdə topla rəftarı, fiziki göstəriciləri sayəsində cinah hücumçularımız daha aqressiv ola bilirlər. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən "9 nömrəniz" varsa, bunun sizə çox köməyi dəyər. Rüfət də cinahları yaxşı idarə edə bilir. Onun sayəsində cinah oyunçularımız üçün böyük boşluqlar yaranır. Rüfətin topa təzyiqi, yumşaq ayaqları, hava mübarizəsində üstün olması rəqibləri geri çəkilməyə vadar edir. Bir az da sürəti olsaydı, Almaniyanın ən yüksək səviyyəli futbolçularından olardı. Zəkası və oyunu oxumaq qabiliyyəti çox yüksəkdir".
Qeyd edək ki, USL-in B qrupunda yer alan "Finiks Rayzinq" keçirdiyi hər 2 matçda qələbə qazanıb. Rüfət Dadaşov 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var