Polis "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun 10 yaşlı oğlu Junior Ronaldo ilə bağlı araşdırmaya başlayıb.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, Junior qanunsuz olaraq müstəqil şəkildə reaktiv xizək sürüb və bibisi Elma onu videoya çəkərək "İnstaqram"da yerləşdirib. Bazar ertəsi günü video silinib, ancaq həmin videonu həm Kriştiano Ronaldo, həm də anası Dolores də yayılmayıb.
Portuqaliya mətbuatı videonun şənbə günü Ronaldonun oğlu qohumları ilə istirahət etdiyi Madeyranın cənubunda çəkildiyini yazıb.
Polis nümayəndəsi bu epizodla bağlı istintaq başladığını təsdiqləyib. Çünki reaktiv xizək sürmək üçün xüsusi bir sertifikat tələb olunur. Bundan başqa, bunu yalnız böyüklər sürə bilər.
Portuqaliya qanunlarına görə, bu cür pozuntuya görə, şəxslərə 260-2,888 funt arasında cərimə tətbiq edilə bilər. Cərimə hüququ şəxslər üçün 10,750 funta qədər yüksələ bilər.
Qeyd edək ki, polis reaktiv xizəkin kimə məxsus olduğunu müəyyənləşdirir.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var