"Ştutqart" son mövsümü icarə əsasında "Qarabağ"da keçirən Ailton Silva ilə yolları ayırmağa hazırlaşır.
Qol.az xəbər verir ki, bunu klubun idman direktoru Sven Mislintat Almaniya mətbuatına açıqlamasında deyib. Klub rəsmisi 25 yaşlı müdafiəçinin komandada rəqabət aparmaq gücündə olmadığını bildirib: "Komandadakı hazırkı rəqabəti nəzərə alaraq, Ailtona burada şans görmürük. Buna görə də hər iki tərəf üçün sərfəli variant axtarırıq".
Almaniyanın "echo24" nəşri isə yazıb ki, "Ştutqart" braziliyalı futbolçunu sata bilməsə, onu yenidən icarəyə verəcək.
Ailton Silvanın klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Qeyd edək ki, 2-ci Bundesliqada 2-ci yeri tutan "Ştutqart" 2020/21 mövsümündə yüksək liqada çıxış edəcək.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var