Mourinyo Karvalyonu “Çelsi”dən “oğurladı”

Mourinyo Karvalyonu “Çelsi”dən “oğurladı”
DÜNYA FUTBOLU 11 Avqust 2010 / 14:20 2255
-  A +

Madrid “Real”ı “Çelsi”nin təcrübəli müdafiəçisi Rikardo Karvalyonu heyətinə qatıb. Qol.Az-ın məlumatına görə, vaxtilə İngiltərə klubunda Joze Mourinyonun rəhbərliyi altında parlamış futbolçunun “Real”a gəlişi məhz bu baş məşqçinin istəyi ilə gerçəkləşib. Nəticədə İspaniya klubu Rikardo üçün 8 milyon avro “tərləməli” olub. Madrid klubunun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, portuqaliyalı futbolçuyla 2 illik rəsmi müqaviləyə imza atılıb.
Beləcə Joze Mourinyo ilə Karvalyo ikilisi “Portu” və “Çelsi”dən sonra yenidən bir araya gəliblər.


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?

04.07.25  14:35

"Napoli"də qalır