Daum Türkiyəyə qayıdır, “Fənərbaxça” narahatdır

Daum Türkiyəyə qayıdır, “Fənərbaxça” narahatdır
DÜNYA FUTBOLU 11 Avqust 2010 / 13:46 2589
-  A +

Bu yay “Fənərbaxça” ilə  yollarını olaylı bir şəkildə ayıran almaniyalı mütəxəssis Kristof Daum yenidən Türkiyəyə qayıdır. Lakin Qol.Az-ın məlumatına görə, o, bu dəfə hansısa klubu çalışdırmağa yox, sadəcə TRT kanalında şərhçilik etməyə gələcək. Türkiyənin sözügedən məşhur teleşirkəti almaniyalı mütəxəssisə hər həftə bir gün şərhçilik etmək üçün ilinə 300 min avroluq təklif ünvanlayıb. Lakin Daum hələlik bu təklifi müsbət cavablamayıb və vaxt istəyib.
Bu danışıqlardan narahat olan “Fənərbaxça” rəhbərliyinin isə TRT-yə bu anlaşmanın baş tutmaması üçün təzyiqlərə əl atacağı gözlənilir.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə