Trapattoni zəhərləndi və komandasını çətin vəziyyətə saldı

Trapattoni zəhərləndi və komandasını çətin vəziyyətə saldı
DÜNYA FUTBOLU 10 Avqust 2010 / 17:55 2139
-  A +

İrlandiya milli komandasının baş məşqçisi Covanni Trapattoni qida zəhərlənməsi səbəbiylə Dublində xəstəxanaya aparılıb. Qol.Az-ın məlumatına görə, bu haqda İrlandiya Futbol Federasiyasının rəsmi saytı xəbər yayıb. Xəbərdə bildirilir: “Trapattoni, İrlandiyaya gəldiyi bazaar günündən bəri özünü yaxşı hiss etməməsi səbəbindən xəstəxanaya aparıldı. Baş məşqçimizin vətəni İtaliyada yediyi bir dəniz məhsulu üzündən qida zəhərlənməsi keçirdiyi məlum olub”.
İrlandiya yığmasının sabah Argentina ilə oyunu ərəfəsində belə problemlə üzləşən baş məşqçinin oyun saatına kimi sağalıb-sağalmayacağı dəqiq bilinmir.


Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə