“Qarabağ”ın futbolçuları niyə milliyə qatılmadı?

“Qarabağ”ın futbolçuları niyə milliyə qatılmadı?
ÖLKƏ FUTBOLU 10 Fevral 2020 / 14:04 5102
-  A +

“Qarabağ”ın iki futbolçusu - İsmayıl İbrahimli və Hacıağa Hacılının U-21 millimizin təlim-məçq toplanışına qatılmamasının səbəbi müəyyənləşib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında adıçəkilən futbolçuların komandanın əsas üzvləri olduğundan və U-21-in toplanışının rəsmi oyunlar üçün nəzərdə tutulmadığından bununla bağlı AFFA-ya müraciət etdiklərini bildirib:

“Həmin toplanış rəsmi oyunlar üçün nəzərdə tutulmayıb. Bildiyiniz kimi, hər iki futbolçu bizim əsas heyət oyunçumuzdur. Buna görə də AFFA-ya müraciət etdik. Onlar da müraciətimizi anlayışla qəbul etdilər və futbolçularımızın adlarını siyahıdan çıxardılar”.

Xatırladaq ki, U-21 millimizin toplanışı fevralın 9-dan 11-dək Bakıda nəzərdə tutulub.

Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner