“Çelsi”dən ayrılan Deko rəsmən “Fluminense”də

“Çelsi”dən ayrılan Deko rəsmən “Fluminense”də
DÜNYA FUTBOLU 8 Avqust 2010 / 13:34 2207
-  A +

Braziliyanın “Fluminense” klubu Portuqaliya millisinin üzvü Dekonu heyətinə qatıb. Qol.Az-ın məlumatına görə, 32 yaşlı oyunçunun yeni klubunda ilinə 9 milyon avro qazanacağı açıqlanıb. Son mövsümə kimi “Çelsi”nin şərəfini qoruyan və bu yaydan etibarən azad agent statusu alan Deko bu keçid əsasında əslində öz doğma ölkəsinə qayıtmış olub. Çünki əslən braziliyalı olub, bu ölkədə doğulan futbolçu sonradan Portuqaliya vətəndaşlığını qəbul edərək, bu millinin formasını geymişdi. “Çelsi”yə 2008-ci ildə “Barselona”dan transfer olunan Deko, 2004-cü ildə “Portu” ilə və 2006-da “Barselona”yla Çempionlar Liqasının qalibi olmuşdu.


Son xəbərlər
08.05.24  20:24

"Ağdaş"dan qələbə