"İlk oyunum idi və bilirdik ki, çətin olacaq. Çünki güclü komandayla görüşürdük. Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Ümumən matçdan razıyam. Əlbəttə, irəlidə məqşlərimiz var, təlim-məşq toplanışımız davam edir, durmadan çalışacağıq. Təbii ki, səhvlərimiz var və bunun üzərində çalışacağıq. Səhvləri aradan qaldırmaq yönündə maksimum səy göstərəcəyik".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müvəqqəti baş məşqçi Füzuli Məmmədov Antalyada təlim-məşq toplanışı çərçivəsində Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
O, Emin Mahmudovla Namiq Ələsgərov oyunun sonunda yorğun görünməsi ilə bağlı bunları bildirib: "Belə deməzdim. Düşünmürəm ki, yorğun, ağır görünürdülər. Sadəcə, bilirsiniz, Emin meydanda kimdir, vəzifəsi nədir. Eyni şey Namiqə də aiddir. Deyərdim ki, ən yaxşı oyunlarından birini göstərdilər. Onu nəzərə alın ki, təlim-məşq toplanışındayıq, ağır məşqlər gedir. Futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Gördünüz ki, rəqib hər hissə iki tam fərqli heyətlə oynadı, daha gümrah idi. Bizim futbolçular xarakter göstərdilər. Bunu görmək istəyirdim ki, yorğun olduqları təqdirdə xarakter göstərərək sonadək oynasınlar. Deyərdim ki, Namiq çox yaxşı görünürdü. Emin də komandamızın "beyni"dir.
O, "Neftçi"nin bu oyunda yerlə ötürmələr verməsinin təsadüf olmadığını söyləyib: "Çünki bizdə futbolçuların hamısı keyfiyyətlidir. Onlar başa düşürlər ki, hansı epizodda necə ötürmələr edəcəklər. Bilirdik ki, bizə qarşı oynayan rəqiblərdə atletik, fiziki hazırlıqlı, hündürboy futbolçulardır. Bu üzdən ötürmələri Dabonun, Namiqin qarşısına yerlə etdik ki, qol vurmaq imkanımız olsun. Bu, futboldur, hər epizodun özünün tələbləri var. Amma əlbəttə ki, hələ bunların üzərində çalışacağıq. Bizdə elə olmayacaq ki, təsadüfən hücumlar olsun. Hər şey, müdafiəmiz də, hücumumuz da taktiki cəhətdən düşünülmüş olacaq.
F.Məmmədov Roberto Bordinin istefaya göndərilməsi komandaya təsir edib-etməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb: "İnşallah, qarşıda zaman var. Oyunumuzu daha yaxşı etməyə çalışacağıq".
Premyer Liqanın ən bahalı transferi ola bilər
"Fənərbaxça" ilə razılaşmasa, yollar ayrılacaq
Bosniya və Herseqovina - Qətər: Heyətlər
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
İsveçrə - Kanada matçının heyətləri açıqlandı
Almaniya millisində itki
"El-Klassiko"nun əvvəlki nüfuzu qalmayıb"
DÇ-2026-nın bu matçı ləngiyə bilər
Komandası Messini belə təbrik etdi - Şəkil
Kabo-Verdenin ulduz futbolçusu klubunu dəyişir?
Keyndən gözlənilməz antirekord
Modriç yeni rekordun bir addımlığında
Dirk Kuyt yenidən “Fənərbaxça”da
"Neftçi"dən üçüncü transfer - Rəsmi
"Tottenhem"dən qapıçı transferi
Məşhur futbolçu klubsuz qaldı
"Fənərbaxça" Seneqal millisinin üzvünü transfer etdi
DÇ-2026-da 3-cü turu yayımlayacaq Azərbaycan kanalları
Ueyn Runinin rekordunu qırdı
ABŞ İran millisi üçün qaydaları yumşaltdı
Xorvatiya millisinin ən yaşlı qolçusu oldu
"Zirə"də 9-cu ayrılıq - Rəsmi
İngiltərə millisindən mundiallar tarixinin rekordu
"Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
Kabo-Verde millisindən unikal göstərici
Seneqal millisində itki: İraqla oyunu buraxacaq
Bacısından Ronaldoya dəstək - "Hamını susdurdu"
Bellinqem cəzadan yayındı
Messi 39 yaşında
Klublara 3 milyona yaxın ödəniş etdi - PFL-dən ilk
"Neftçi"dən ayrıldı, kapitanı olduğu komandaya qayıtdı
İnfantino: “Su fasilələri FİFA-ya əlavə gəlir gətirmir”
Ronaldo Messinin adını eşitdi, sualı yarımçıq qoydu - Video
Daha bir komanda mundialda pley-offa yüksəldi