Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin 4 oyunluq cəzasını 3-ə endirib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis, həmçinin 19 min yox, 13 min türk lirəsi cərimə ödəyəcək.
Beləliklə o, Türkiyə superliqasında “Kasımpaşa”, “Malatyaspor” və “Fənərbaxça” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək.
Qeyd edək ki, F.Terimin ölkə çempionatının 3-cü turunda “Kayserispor”la matçdan sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün o, əvvəlcə 4 oyunluq cəzalandırılmışdı.
Daha 2 il "Sumqayıt"da
Van Qal istefa verdi
"Şamaxı"dan yeni transfer
İngiltərə - Konqo matçının ən yaxşısı seçildi
“Zirə”nin rəqibi superkuboku qazandı
İngiltərə millisi 60 il sonra tilsimi qırdı
Penalti qaçıran futbolçular təhqirlərə məruz qaldı
"Qarabağ" hər iki oyunda uduzdu - Yenilənib