"Dundalk"ın futbolçusu Maykl Daffi Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi fikirlərini bildirib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, oğlunun doğulması səbəbindən birinci təsnifat mərhələsində "Riqa" ilə səfər matçına gedə bilməyən 25 yaşlı hücumçu bu dəfə özünü sakit hiss etdiyini deyib: "Çünki narahat olacağım bir şey yoxdur ( gülür). Buna görə Bakıya çatmağı gözləyirəm".
O, Ağdam klubu ilə görüşün vacib olduğunu vurğulayıb: "Növbəti mərhələyə keçsək, nələrin olacağını bilirik. Bu il bizdən daha çox gözlənti var. Bunun üçün fürsətlərimizin olduğunu bilirik. Ev oyunundakı nəticədən sonra şanslarımız qalır. Buna görə də cavab görüşünü səbirsizliklə gözləyirik. Bu, mövsümün ən yaxşı hissəsidir".
Daffi daha sonra bildirib: "Çərşənbə axşamı stadionda nələr edə biləcəyimizi görmək yaxşıdır. Əminəm ki, ora sevimli stadion olacaq. Bizim üçün böyük bir gecə olacaq. Şəhəri də görmək yaxşı olar. Bu axşam bəlkə bir neçə saat şəhəri gəzərik. Amma sabahdan ancaq oyun haqda düşünəcəyik. Hamımız oyun gününü gözləyirik".
İrlandiyalı oyunçu bildirib ki, ilk görüşdə ikinci hissədəki oyunlarından sonra uğur qazanacaqlarına əmindir: "Bilirik ki, səfərdə çətin olacaq. Rəqib öz meydanında, azarkeşləri qarşısına oynayacaq. Biz əvvəlcə yaxşı müdafiə olunmalıyıq. Bunu bacarsaq, inanıram ki, ilk oyunun ikinci hissəsindəki kimi yaxşı şanslarımız olacaq".
Qeyd edək ki, "Qarabağ"- "Dundalk" oyunu iyulun 31-i yerli vaxtla saat 21:00-da başlayacaq.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq
"Mançester Siti"dən "Benfika"ya keçdi
Misli Premyer Liqasında 4-cü turun hakimləri müəyyənləşdi