"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayev Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.
- Rəqib komanda çox intizamlı müdafiə olunurdu. Belə müdafiəni yarmaq heç də asan deyil. Amma biz bunu komanda şəklində bacardıq. Bütün "Qarabağ" azarkeşlərini təbrik edirəm.
- Zaman keçdikcə həyəcan sizi daha da boğurdumu? Yoxsa, sakitlik öz yerindəydi?
- Komandada danışmışdıq ki, qol vura bilməsək də, tələsməyəcəyik. Sonadək səbrli olacağıq.
- "Vorskla"ya qarşı tək hücumçu kimi oynamışdın. Bəs, bu gün özünü bu mövqedə narahat hiss etmirdin?
- Xeyr, məşqçi harada məsləhət görürsə, çalışıram ki, o mövqedə özümü doğruldum. Bildiyiniz kimi rəqib komanda çox müdafiə olunurdu. Çalışırdım ki, daha çox boş hissə buraxsınlar.
- Qarşıdakı rəqib "Dundalk" olacaq. İrlandiya komandasının yox, Riqa təmsilçisinin olmasını istərdinizmi?
- Bütün komandalar ciddi rəqiblərdir. Yaxşı hazırlaşmalıyıq ki, bu mərhələni də keçək.
- Favorit "Qarabağ" olacaq. Mərhələni keçmək real görünürmü?
- Əvvəlcədən heç nə demək istəmirəm. Amma qalib gəlmək üçün hazırlaşacağıq.
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq