"Bakıya futbol oynamağa gəlmişik. Əsas odur ki, özümüzə inanaq. Çalışacağıq ki, sabah hər şey yaxşı olsun".
Bunu Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək cavab oyunu öncəsi "Sperantsa"nın baş məşqçisi Kristof Efros deyib.
27 yaşlı mütəxəssis matçın keçiriləcəyi "Bakcell Arena"da təşkil edilən mətbuat konfransında əsasən ilk oyuna toxunub: "Məncə, Moldovada nəticə 0:0 olmalı idi. Hətta bəzi anlarda bizim hücumlarımız daha kəsərli idi. Həmin görüşdən sonra bəzi fikirlər səsləndirmişdim. Videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm. Yəni fikrimi dəyişməmişəm. Ola bilsin, bir qədər emosiyalarıma qapılmışam. Siz də bizim yerimizdə olsaydınız, 0:3 hesablı məğlubiyyətə layiq olmadığınızı görərdiniz".
Gənc çalışdırıcı paytaxtımızın onda müsbət təəssürat oyatdığını vurğulayıb: "Bakı çox gözəl şəhərdir. Ümumiyyətlə, Azərbaycan gözəl ölkədir. Heç bir narazılığımız yoxdur. Hər şey ürəyimizcədir. Bakı ilə bağlı yalnız pozitiv düşüncədəyik. Eyni zamanda oyunun keçiriləcəyi stadionla bağlı da iradımız yoxdur".
Efros Moldovadakı qarşılaşmadan öncə meydanın sulanmamasına da aydınlıq gətirib. O, bunu öz oyunları ilə əlaqələndirib: "Biz axmaq deyilik ki, meydanı sulayaq. Bunu "Neftçi"yə qarşı yox, özümüz üçün etmişdik. Sulu meydanda oynamağa öyrəşməmişik. Bu amili "Neftçi"yə qarşı təxribat kimi qələmə verməyin. Burda isə hər şey "Neftçi"dən asılıdır. Əgər onlara lazım olsa, meydanı sulaya bilərlər. İstənilən şəraitdə oynamağa hazırıq".
Qeyd edək ki, iyulun 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sperantsa" oyunu saat 21:00-da başlanacaq. "Ağ-qaralar" ilk matçda 3:0 hesabı ilə qalib gəliblər (Report).
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi
Mahir dayanmır. Yenə qol vurdu! - Video
Argentina Messiyə belə vida edəcək
“Qalatasaray” Çempionlar Liqası üçün heyətini açıqladı
"Arsenal"dan ərəb klubuna keçdi
"Zirə" bu dəfə braziliyalı futbolçu ilə gücləndi
ÇL matçlarını göl mənzərəli stadionda keçirəcəklər
"Mourinyo “Real”ı çox yaxşı tanıyır"
"Karvan-Yevlax"ın böyükhesablı qələbəsindən - Video
Oyun şansı qazanmasa, klubdan gedəcək
"Karvan-Yevlax" və “Şahdağ Qusar” mövsümə qələbə ilə başladı
“Fənərbaxça” UEFA-nın hədəfində - Araşdırma aparılır
"Zirə" yeni futbolçu transfer etdi
Azərbaycan millisinin oyunlarının tarixləri məlum oldu - AÇ
Kadinin cəzası açıqlandı
AFFA bu klubları cərimələdi
Keyruş yenidən Qana millisində
Ançelotti "Real"ı ziyarət etdi - Şəkillər
Robinyonun oğlu İtaliya klubunda
"Tottenhem"dən "Sanderlend"ə
"Bizə ÇL-də oynamaq hüququnu Azərbaycan çempionatı verir"
PFL Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
"Bizi “Moneyball” fəlsəfəsi ruhlandırdı" - Maqsud Adıgözəlov
"UEFA turnirinin "Qarabağ"ın çempionluğunda böyük rolu oldu"
"Trabzonspor" tarixinin ən bahalı transferini etdi
Dzeko millidə son oyununa çıxacaq