Türkiyənin “Qalatasaray” və “Akhisarspor” klubları arasında keçiriləcək superkubok oyununun vaxtı və yeri müəyyənləşib.
Qol.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsi qarşılaşmanın bu ilin avqust ayının 7-də keçirilməsinə qərar verib. Görüş “Ankara Eryaman” stadionunda təşkil olunacaq və yerli vaxtla 20:45-də başlayacaq.
Xatırladaq ki, “Qalatasaray” 2018/19 mövsümündə həm Superliqanın, həm də ölkə kubokunun qalibi olub. “Akhisarspor” isə Türkiyə kubokunun finalçısı kimi superkubok matçında mübarizə aparmaq hüququ qazanıb.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq