Najila Trindad adlı qadına təcavüzdə günahlandırılan PSJ-nin hücumçusu Neymar növbəti dəfə polis idarəsinə gedərək, ifadə verib.
Qol.az-ın "Mundo Deportivo" nəşrinə istinadən yaydığı xəbərə görə, Rio-de-Jeneyro şəhərindəki polis bölmələrindən birinə çağırılan braziliyalı futbolçu yenidən sorğu-sual olunub. Bu dəfəki prosesin 5 saat davam etdiyi bildirilir.
Məsələ ilə bağlı açıqlama verən Neymarın vəkili Flavia Merlini oyunçunun ittihamları rədd etdiyini və bütün suallara cavab verdiyini bildirib. O, həqiqətən gec-tez üzə çıxacağını söyləyib.
Qeyd edək ki, Neymarın mayın 15-də Parisdəki otellərin birində Najila adlı modelə təcavüz etdiyi iddia olunur.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı