"Ayaks"ın kapitanı Matteys de Liqtin "Barselona"ya keçidi alınmaya bilər.
Qol.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, buna səbəb 19 yaşlı futbolçunun xədmətində PSJ və "Yuventus"un da maraqlı olmasıdır. Maliyyə şərtlərində rəqiblərinə uduzan Kataloniya klubunun oyunçunu almaqdan imtina edə biləcəyi deyilir. "Barsa" gənc futbolçuya illik 6 milyon təklif etdiyi halda "Yuventus"da bu rəqəm 10, PSJ-də isə 12 milyondur. Belədə hollandiyalı müdafiəçinin La Liqa klubuna gedişi inandırıcı görünmür.
Qeyd edək ki, bir neçə gün öncə de Liqtdin 75 milyon avro qarşılığında PSJ-yə keçməyə yaxın olduğu bildirilmişdi.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı