"Real"ın yeni transferi Eden Hazardın təqdimetmə mərasimi maraqlı görüntülərlə yadda qalıb.
Qol.az-ın məlumatına görə, "Santyaqo Bernabeu" stadionunda keçirilən və 50 min azarkeşin izlədiyi mərasimdə belçikalı yarımmüdafiəçi topla şou göstərib.
Qeyd edək ki, Madrid təmsilçisi "Çelsi"dən 100 milyon avroya transfer etdiyi Hazardla 5 illik müqavilə imzalayıb.