Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi məlum olub.
Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Kemal Özdeş çalışdıracaq. Onunla 1 illik müqavilə imzalanıb. Özdeş 2016-2018-ci illər aralığında da “Kasımpaşa”nı çalışdırmışdı.
Xatırladaq ki, iyunun birində bu komandaya İbrahim Üzülməz baş məşqçi təyin olunmuşdu. Lakin təyinatdan 4 saat sonra məşqçi ilə klub rəhbərliyi arasında fikir ayrılığına görə yollar ayrılıb.
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı