"Dördlər finalı"nın bombardiri - Ronaldo

"Dördlər finalı"nın bombardiri - Ronaldo
DÜNYA FUTBOLU 10 İyun 2019 / 01:13 5830
-  A +

Millətlər Liqasının A divizionunun qrup qalibləri arasında keçirilən "Dördlər finalı"nın ən sərrast oyunçusu müəyyənləşib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Portuqaliya seçməsinin kapitanı Kriştiano Ronaldo turnirin bombardiri adına layiq görülüb. Finalda fərqlənə bilməsə də, İsveçrə ilə yarımfinal matçında (3:1) het-trik edən 34 yaşlı superulduz bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, finalda Hollandiyanı 1:0 hesabı ilə məğlub edən Portuqaliya ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibi olub.


Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner