"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Barselona"nın futbolçusu Lionel Messini "Qızıl top"u qazanmağa əsas namizəd hesab etmir.
Qol.az-ın məlumatına görə, bu barədə o, "RMC"yə açıqlamasında deyib: "Mən Messinin bu il "Qızıl top"a layiq olduğuna şübhə edirəm. Çünki onun komandası Çempionlar Liqasında mübarizəni dayandırıb".
Qeyd edək ki, Kataloniya klubu ÇL-in yarımfinalında "Liverpul"a uduzaraq (3:0, 0:4) turnirlə vidalaşıb.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”