Kristof Daum “Fənərbaxça”dan 2.4 milyon avro təzminatla getdi

Kristof Daum “Fənərbaxça”dan 2.4 milyon avro təzminatla getdi
DÜNYA FUTBOLU 25 İyun 2010 / 13:31 2713
-  A +

“Fənərbaxça” ilə almaniyalı baş məşqçisi Kristof Daum arasındakı gərgin münasibətlər nəhayət tərəflərin rəsmən yollarını ayırması ilə nəticələnib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, almaniyalı mütəxəssisin xidmətindən imtina edən klub rəhbərliyi buna görə ona 2.4 milyon avro ödəyəcək.
“Vətən” qəzetinin məlumatına görə isə, Daumun ardından “sarı-lacivərdlilər” Aykut Kocaman ilə 3 illik anlaşma əldə edib. Bazar ertəsi günü onunla rəsmi müqavilənin imzalanacağı gözlənilir.


Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

14.03.26  11:13

"Atletiko"da itki

topaz banner