AFFA-dan klublara cərimə, futbolçulara cəza

AFFA-dan klublara cərimə, futbolçulara cəza
ÖLKƏ FUTBOLU 6 Fevral 2019 / 13:20 1685
-  A +

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqa klublarının iştirakı ilə baş verən qayda pozuntularına da baxılıb.

Qol.az xəbər verir ki, Topaz  Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında  “Zirə” və “Sabah” klublarının  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı  üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 25-ci dəqiqəsində  “Sabah”ın futbolçusu  Məqsəd İsayev  ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
Oyunun  62-ci dəqiqəsində “Zirə”nin futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
 
“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sumqayıt” matçında  hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunub.

“Qarabağ” – “Neftçi” matçının 70-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyundan əvvəl “Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunur.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner