UEFA İcraiyyə Komitəsinin iclası Bakıda – ilk dəfə

UEFA İcraiyyə Komitəsinin iclası Bakıda –  ilk dəfə
ÖLKƏ FUTBOLU 6 Fevral 2019 / 11:41 1575
-  A +

UEFA İcraiyyə Komitəsinin növbəti iclası Bakıda olacaq.

Qol.az xəbər verir ki, bu barədə “TASS" agentliyinə məlumat yayıb. Mayın 29-da - Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçından öncə təşkil ediləcək iclasın məkanı və gündəliyində duran məsələlər hələlik bəlli deyil. Bu, İcraiyyə Komitəsinin Bakıdakı ilk toplantısı olacaq.

Qeyd edək ki, İK-nın bu gün Romada keçiriləcək iclasında isə UEFA prezidenti seçkisi, qadın futbolunun inkişaf strategiyası, Avro-2020-ə hazırlıq və digər məsələlər müzakirə ediləcək.

Bundan başqa, Çempionlar Liqasında səfər qolu qaydasının ləğv olunması ilə bağlı məsələyə də baxılacağı gözlənilir.

Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner