“Qrupumuz haqda onu deyə bilərəm ki, hər şey daha da pis ola bilərdi. İspaniya və Almaniya kimi komandalarla eyni qrupa düşmədiyimiz üçün şadam”.
Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya yığmasının baş məşqçisi Pavel Qapal deyib. Yerli “sportky.zoznam” saytına müsahibə verən çexiyalı mütəxəssis Avro-2020-nin seçmə mərhələsində eyni qrupda yer aldıqları komandaları dəyərləndirib:
“Qrupumuzda eyni səviyyəli və güclü komandalar yer alıb. Xorvatiya son dünya çempionatının finalçısıdır. Uels Avro-2016-da yarımfinal oynayıb. Macarıstan yaxşı komandadır. Azərbaycan isə xüsusilə ev oyunlarında qrupdakı bütün rəqiblərindən xal ala bilər. Əsas favorit Xorvatiya millisidir. Amma biz də yaxşı nəticəyə ümid edirik”.
Qeyd edək ki, millimiz seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Slovakiya ilə ilk oyunumuz iyunun 11-də evdə, ikinci qarşılaşma isə noyabrın 19-da olacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına