"Qarabağ"ın hücumçusu Mahir Mədətov Topaz Premyer Liqanın 15-ci turunun "Neftçi" ilə oyunundakı hərəkətinə görə peşman olub.
Qol.az-ın məlumatına görə, matçdan sonra "ağ-qaralar"ın seneqallı müdafiəçisi Mamadu Mbodja "İnstaqram"da mesaj yazan futbolçu rəqibin əlini sıxmadığı üçün ondan üzr istəyib:
"Dostum, həmin an emosiyalarıma görə mənə əl uzatdığını görmədiyim üçün səndən üzr istəyirəm. Ümid edirəm ki, aramızda hər şey qaydasındadır. Mən irqçi deyiləm. Bilirsən ki, bu, sadəcə, bir oyundur. Sənə uğurlar arzulayıram".
Mbodj isə Mahirin üzrxahlıq mesajına bu cür cavab verib: "Salam, dostum. Bu, oyundur, belə şeylərin olması normaldır. İrqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Gələcək oyunlarda sənə və komandana uğurlar arzulayıram".
Qeyd edək ki, oyunun gedişində epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün əl uzatsa da, o, buna reaksiya verməyib. Oyundan sonra isə futbolçular qucaqlaşıb barışmışdı.

Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına