“Əvvəlcədən də düşündüyümüz kimi, matç çox gərgin alındı. Azarkeşlər üçün maraqlı, sürətli oyun oldu”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqanın 15-ci turunda “Neftçi" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan müdafiəçi rəqibin səfərdən istədiyi nəticə ilə ayrıldığını bildirib: “Qış fasiləsindən sonra birinci qarşılaşma olmasına baxmayaraq, fikrimcə, hər iki komanda sürətli və keyfiyyətli oyun göstərməyə çalışdı. Baxımlı oyun alındı. Qələbə qazanıb, aradakı xal fərqini götürmək istəyirdik. Ancaq alınmadı. Demək olar ki, “Neftçi” buradan istədiyi nəticə ilə ayrıldı”.
Rəşadın fikrincə, “Qarabağ” bu oyunda uduza da bilərdi: “Elə epizodlar var idi ki, biz məğlub da ola bilərdik. Oyun elə gedirdi ki, uda da bilərdik, uduza da. İkinci hissədə açıq oyun oldu. Qol imkanları yaratdıq. “Neftçi” də Dabo ilə ikinci hissədə belə bir fürsəti boşa verdi. Ancaq futbolda hər epizodu qola çevirmək olmur”.
Sadıqov buraxdıqları qolun komandaya psixoloji baxımdan mənfi təsir göstərdiyini söyləyib: “Psixoloji üstünlüyün “Neftçi”nin tərəfində olması bu gün oyunda da hiss olunurdu. Rəqib bizdən daha ehtiyatlı oynayırdı. Əslində oyuna çox yaxşı başlamışdıq, sadəcə, buraxdığımız ucuz qol komandamıza psixoloji cəhətən təsir etdi. İkinci hissədə açıq oyun getdi. Bizim hücumlarımız olurdu, “Neftçi” də əks-hücuma çıxırdı. Rəqib azlıqda qalandan sonra üstünlük tam olaraq bizə keçdi. Ümumən götürsək, “Neftçi” bizdən 3 xal irəlidədir. Bu, onlara psixoloji üstünlük qazandırır”.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
ÇL-də həftənin ən yaxşısı adına namizədlər