“Evə könülsüz gedirəm” – Dani Kintana

“Evə könülsüz gedirəm” –  Dani Kintana
ÖLKƏ FUTBOLU 3 Fevral 2019 / 21:48 4390
-  A +

“Rəqib qol vurana qədər hər şey istədiyimiz kimi gedirdi. Hesab bərabərləşdikdən sonra komandamızda psixoloji cəhətdən eniş hiss olundu. Amma yekun nəticəni ədalətli saymaq olar”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana Topaz Premyer Liqanın 15-ci turunda “Neftçi” ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib. Görüşdə hesabı açan ispan futbolçu vurduğu qoldan da danışıb:

“Hər zaman komandaya kömək etməyə hazıram. Bundan məmnunluq duyuram. Amma təəssüf ki, bugünkü qolum komandaya 3 xal gətirmədi. Buna görə də evə könülsüz gedirəm”.

Dani sonda isə “Neftçi”nin müdafiəçilərinin ona qarşı sərt oynamasına münasibət bildirib: “Məncə, bu, normaldır. Çünki bir və ikinci yerdəki komandaların mübarizəsi idi. Mənə elə gəlir ki, çox da sərt deyildilər. Hər şey normal mübarizə şəraitində oldu”.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner