“Neftçi”nin prezidenti Kamran Quliyev Topaz Premyer Liqanın 15-ci turunda “Qarabağ”la səfərdə 1:1 hesabı ilə heç-heçə oynadıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, K. Quliyev iddialı fikirlər səsləndirib.
- 1:1 hesabını oyunun sonuna kimi qorudunuz və səfərdə məğlub olmadınız...
- Təbii ki, oyun “Qarabağ”ın meydanında idi. Amma bu gün sanki biz öz evimizdə oynayırdıq. O qədər azarkeşimiz gəlmişdi ki. Komandamızı tək qoymadılar. Həm ab-hava, həm də nəticə gözəl idi. Ən önəmlisi çox gözəl oyunun şahidi olduq. Öz komandamı təbrik edirəm.
- Sizcə, heç-heçə kimə sərf edir?
- Nə deyim. Hal-hazırda turnir cədvəlində liderik. Ola bilər ki, daha çox bizə sərf edir. Amma bu oyun 6 xallıq idi. Ona görə də məncə, “Qarabağ”a qələbə daha çox lazım idi. Gözəl qarşılaşma oldu. Gəlin, etiraf edək ki, fasilədən sonra belə oyunlar az-az olur.
- Siz paltardəyişmə otağına daxil olanda alqış sədaları yüksəldi. Bu nəticəyə görə komandaya xüsusi mükafat veriləcək?
- Nə olacaqsa, o, bizim aramızda qalacaq.
- Yəqin məlumatınız var, sizin azarkeşlərinizə bilet satılıb. “Qarabağ” klubuna belə bir müraciət etmisinizmi?
- Bilirsiniz, biz istəyirik ki, azarkeşlər stadiona gəlib həm həzz alsın, həm də bilet almaqla komandalarına xeyir versinlər. Siyasətimiz əvvəl necə idisə, elə də davam edir. Hesab edirəm ki, qiymət də münasibdir. Elə də böyük məbləğ deyil. Ona görə biz müraciət etdik. Sağ olsunlar, bu qədər adam bilet alıb, stadiona daxil olmuşdu. Əks reaksiya olmadı. Bugünkü azarkeş dəstəyinə söz ola bilməz.
- Yaxşı oyun izlədiyinizi qeyd etdiniz. Amma meydanda görünən o idi ki, “Neftçi” daha çox müdafiə olunurdu. Oyuna da 5 müdafiəçi ilə başlamışdı. 10 nəfərlə qaldıqdan sonra rəqibi daha çox meydanın özünə aid hissəsində qəbul etməyə başladı. Həqiqətənmi “Neftçi” kimi bir komanda, turnir cədvəlinin lideri bu cür oyundan sonra sevinir?
- Əvvəla deyim ki, “Qarabağ”ın hansı futbolu oynadığı hamıya bəllidir. Amma mən sizin dediyinizlə tam razı deyiləm. İkinci hissənin əvvəlində “Qarabağ” demək olar ki, top görmədi. Qol epizodlarımız da oldu. Hesab edirəm ki, bizim uşaqlar bu gün məşqçinin bütün tapşırıqlarını yerinə yetirdi. Müdafiəyəmeyilli deyəndə ki, bu stadionda, bu ab-havada, biz təbii olaraq, nəticəni düşünürdük. Sırf gözəl oyun nümayiş etdirək, şou göstərək kimi bir fikrimiz yox idi. Yenə deyirəm, 6 xallıq oyun idi. Hansısa yolla biz bir xalı qazandıq. Özünüz də gördünüz ki, uşaqlar nə qədər qaçdılar. Ona görə də sevinirəm.
- Hakimliklə bağlı nə deyə bilərsiniz. Hər komandadan bir futbolçu qırmızı vərəqə gördü. Sanki referi oyunu tez-tez saxlamaqla, tempi öldürürdü.
- Hesab edirəm ki, bu gün ilk növbədə futbol qalib gəldi. Hakimlərin işini hakim-inspektorlar, onların öz rəhbərliyi təhlil edə bilər. Mən hakimlərlə bağlı nə deyim ki? Siz bu gün futbol gördünüz. Hakim oyunu sındırmadı.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?