"Maraqlı oyun alındı. Bu matçı əsl derbi adlandırardım. Hər iki komanda qalib gəlmək istəyirdi. Bugünkü oyunu daha da gözəlləşdirən isə azarkeşlər oldu. Həm “Neftçi”, həm də “Qarabağ” azarkeşləri yaxşı dəstəklərini nümayiş etdirdilər. Futbolçulara təşəkkür edirəm. Layiqli mübarizə apardılar".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 15-ci turunda "Neftçi" ilə keçirilən oyundan (1:1) sonra mətbuat konfransında deyib.
- Komandanın hazır olmadığı göründü...
- Çatışmazlıqlar var. İlk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Qarşıdakı oyunlarda daha da hazır olacağıq.
- Fasilədən əvvəlki və sonrakı “Neftçi” arasında hansı fərqləri gördüz?
- Belə fikir demək üçün tezdir. Son oyunumuzda rəqib qələbə qazanmışdı. Bu gün hiss olunurdu ki, yaxşı hazırlaşıblar.
- Rəqib komandadakı həmkarınız Roberto Bordin nəticəni uğurlu hesab etdiyini bildirdi. Siz necə hesab edirsiz?
- Normaldır. 3 xal geridəyik. Qalib gəlsəydik, daha yaxşı olardı. Qarşıdakı matçlara ciddi hazırlaşmalıyıq. Rəqibin fikrini normal qəbul etmək lazımdır ki, 3 xallıq fərqi qoruya bildilər.
- Almeydanın oyunu sizi qane etdi?
- Bəli. Ümumiyyətlə, bütün futbolçularımdan razı qaldım.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına