“Oyuna yaxşı başlamadıq. Amma sonradan özümüzə gəldik və hücumlar etməyə başladıq. Oyunumuz yaxşı alınan məqamda futbolçumuz meydandan qovuldu. Buna baxmayaraq, komandam nəticəni qoruya bildi. Buna görə, futbolçularımı təbrik edirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqanın 15-ci turunda bu gün “Qarabağ”la keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Ağdam klubu ilə heç-heçəni uğurlu nəticə hesab etdiyini bildirib: “Uzun müddət azlıqda oynadıq. Nəticəni qoruyub saxlaya bildiyimizə görə bunu uğurlu sayıram. Qırmızı vərəqə alana kimi komandamız gözəl oyun nümayiş etdirirdi. Rəqib qapısı ağzında bir neçə təhlükəli epizod yaratdıq. Bundan sonra isə əks-hücumlarda çıxış etməli olduq. Son olaraq, azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Özümüzü evdə çıxış edirmiş kimi hiss etdik. Bizə yaxşı dəstək oldular. Hər birinə təşəkkür edirəm. İnanıram ki, bundan sonra da dəstəklərini davam etdirəcəklər".
Bordin yeni transferlərin çıxışı ilə bağlı da danışıb: "Mamadu Mbodj, Mamadu Kane və Vangellis Platellasdan razı qaldım. Onlar güclü rəqibə qarşı gözəl oyun sərgilədilər".
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına