"Kimisə mühakimə etmək düzgün olmaz" - Ayxan Abbasov

"Kimisə mühakimə etmək düzgün olmaz" -  Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 3 Fevral 2019 / 19:10 1402
-  A +

“Bilirdik ki, qış fasiləsindən sonra birinci oyun çətin olacaq. Bu üzdən oyuna yaxşı hazırlaşmışdıq. Fikrimcə, İlk hissə daha yaxşı təsir bağışladıq".
 
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 15-ci turunda "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "Fasilədən sonra da oyuna yaxşı başlamağımıza baxmayaraq, hesabda geri düşdük. Oyunun gedişində matçın taleyini bir qol həll edəcəyini də hiss etməmək mümkün deyildi. “Qəbələ” səviyyəli oyunçulardan qurulmuş kollektivdir. Matç başa çatandan sonra futbolçularıma yaxşı oyuna görə təşəkkür etdim. Futbol kollektiv oyun olduğundan udan da, uduzan da komandadır. Kimisə mühakimə edib, günahı onun üzərinə atmaq düzgün olmaz. Növbəti matçlarda daha yaxşı oynayıb uğurlu nəticələr qazanmağa çalışacağıq”.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner