"Qəbələ"nin baş məşqçisi vəzifəsində sənəd üzərində dəyişiklik baş verib.
Qol.az xəbər verir ki, bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Topaz Premyer Liqanın 15-ci turunda bu gün “Sumqayıt”la keçirilən görüşdən sonra jurnalistlərə baş məşqçi məsələsi ilə bağlı məlumat verib. O, sənəd üzərində baş məşqçi vəzifəsinin Sənan Qurbanovun köməkçisi olan Zaur Həşimovun göstərildiyini bildirib:
“UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin “Pro” kateqoriyasına malik olmasıdır. “Qəbələ”nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik. Bu da məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məsələnin digər tərəfi isə odur ki, nə ölkəmizdə, nə də postsovet məkanında 2020-ci ilədək “Pro” kursları təşkil olunmayacaq. Bu səbəbdən də belə addım atdıq”.
Zaur Həşimov da sənəddəki dəyişikliyə münasibət bildirib: “Qəbələ”yə dəvət olunduğum gündən bu qısa müddətdə komanda üçün əlimdən gələni etməyə çalışmışam. İndi belə vəziyyət yarandı ki, bu baxımdan da köməyim lazımdır. Mən də etiraz etmədim. Mənim üçün də xoşdur ki, komandaya xeyrim dəyir. Amma bütün baş məşqçi səlahiyyətləri yenə Sənan Qurbanovdadır və görüşlə bağlı sualları da ona ünvanlaya bilərsiz”.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına