“Səbail”in kapitanı Rahid Əmirquliyev Topaz Premyer Liqanın 15-ci turunda “Keşlə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qələbəni şərh edib.
-Qış fasiləsindən son ilk oyunumuz idi. Səfər matçı olduğu üçün yaxşı hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq. Toplanışdan sonra ilk görüşlər həmişə gərgin keçir. Çünki komandalar tam formada olmurlar. Buna baxmayaraq, sevinirik ki, istədiyimiz oyunu sərgiləyə bildik. Ən vacibi 3 xal qazandıq.
- Səfərdə “Keşlə”yə bu hesabla qalib gələcəyinizi gözləyirdiniz?
- Yox, oyundan öncə bu hesabla qalib gələcəyimizi gözləmirdik. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Sizcə, bugünkü qələbədə qış hazırlığının nə dərəcədə köməyi oldu?
- Əlbəttə, Antalyada yaxşı hazırlıq keçdik. Düzdür, bir az hava şəraitinin maneçiliyi oldu. Amma buna baxmayaraq, ciddi hazırlaşmışıq. Eyni zamanda yaxşı yoxlama matçları keçirdik. “Keşlə”ni də izləyirdik. Onlar da yaxşı oyun nümayiş etdirirdilər. Ancaq futbol belədir. Bu gün bizdə hərşey alındı, rəqibdə isə alınmadı.
- İkinci hissənin əvvəlində 2 qol vurdunuz. Sanki bundan sonra rəqib “sındı”...
- Əlbəttə, biz bilirdik ki, ikinci hissədə tez qol vura bilsək, hər şey bizim üçün daha yaxşı olacaq. Şükürlər olsun ki, buna nail ola bildik. Ondan sonra demək olar ki, “Keşlə” ruhdan düşdü. İkinci qoldan sonra biz də rahat oynamağa başladıq.
- İlk qol hissə əks-hücumdan vuruldu. Sanki özünüz bilərəkdən geri çəkilib, qəflətən irəli atıldınız.
- Biz əvvəlcədən hücumlara tez çıxmağa hazırlaşmışdıq. Şadam ki, istədiyimiz alındı.
- Növbəti oyununuz autsayder “Zirə”yə qarşı olacaq. Həmin görüş barədə nə düşünürsünüz?
- “Zirə” sonuncu pillədə olsa da, yaxşı komandadır. Evdə oynayacağımıza baxmayaraq, bizi çətin qarşılaşma gözləyir. Çünki “Sabah”a uduzublar. Yaxşı hazırlaşmalıyıq. 3 xal qazanmağa çalışmalıyıq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına