"İlk növbədə Adil Nadirovun dünyasını dəyişməsi hamımızı kədərləndirir. Belə insanların olmaması böyük itkidir. Oyuna isə istəkli başladıq. Toplanışda çalışdığımız epizodları meydanda görmək istəyirdik. Futbolçular da əllərindən gələni etdilər. Çempionata belə başlamaq yaxşıdır. Amma daha çətin oyunlarımız qarşıdadır. Hər cür rəqibə qarşı belə istəkli oynasaq, uğurlu çıxışı davam etdirərik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının 15-ci turunda "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Oyun və nəticə baxımından bu qədər üstünlük sizin üçün gözlənilən idi?
- Bu cür üstünlüyümüz şəraitində keçməsini gözləmirdik. "Keşlə" ölkə kubokunu qazanıb. Yeni baş məşqçiləri var. Onları "Qarabağ"la oyunda görmüşdük. Bəzən komandada həyəcan olur. Onların təcrübəli futbolçuları və məşqçiləri var. İnanıram ki, qarşıdakı turlarda digər rəqiblərlə oyunlarda istədiyi kimi çıxış edəcək.
- Tərlan Əhmədov qeyd etdi ki, qələbəni hədiyyə etdik. Oyun planında komandadan razı qaldınız?
- Tərlan müəllimin fikrinə şərh vermək istəmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Düzdür, səhvlərimiz də oldu. Güclü komandalar bunu bağışlamazlar. Futbol baxımından sürətli hücumlar gördük. Hansı ki, bunu da istəyirdik. Müdafiədən sürətli keçidlər tələb edirdik. Futbolda səhvlər olur. Rəqibdən də çox şey asılıdır.
- Koçukun ehtiyatda olması rəqibə sürpriz idi?
- Koçuk toplanışa ağrılarla başladı. Hazırlığın sonuna 4-5 gün qalmış komandaya qoşuldu. Bu gün də ağrıları var idi. Meydançanın durumuna görə, risk etmək istəmədim.
- Heyətdəki bəzi oyunçular sabit görünmürdülər. Məsələn, Ruslan Qurbanov pik formada idi. Bunu sona qədər qorumaq mümkün olacaq?
- Bu gün meydanda emosiyalar çox idi. Bunun üzərində işləməliyik. Ruslan bizim təcrübəli oyunçumuzdur, milli üzvüdür. Ruslandan daha yaxşı oyun gözləyirik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına