“Səbail”in müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqanın 15-ci turunda “Keşlə”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
-Mövsümün ikinci hissəsinə uğurlu start vermək istəyirdik. Sevindirici haldır ki, hardasa istədiyimizi həyata keçirdik. Mənə elə gəlir ki, arxayınlaşmaq olmaz. Belə olsa, özümüzə qarşı düşmənçilik edərik. Artıq bu oyunu yaddan çıxarmaq lazımdır. Bundan sonra neçə oyunumuz var. Həmin matçlara hazırlaşmaq lazımdır. Demək olmaz ki, bu gün qeyri-adi nəsə etdik. Amma qələbə münasibətilə rəhbərliyi, uşaqları təbrik edirəm. Ümid edirəm ki, gələn oyunlarda da bunu davam etdirərik.
- Qış hazırlığı sənin üçün necə keçdi?
- Altı ay oynamadım, hardasa bu baxımdan əziyyət çəkirəm.
- “Səbail”lə ilk oyununda qol vurdun...
- Düzdür, komandama kömək etmək xoşdur. Amma bir müdafiəçi kimi mənim üçün qol vurmaq vacib deyildi. Əsas niyyətim o idi ki, qapımızı toxunulmaz saxlayaq, rəqibi çox qol epizodu verməyək. Bu gün bunu bacardıqsa, hardasa sevindirici haldır. Ona görə də daha çox qol buraxmamağımıza sevinirəm. Onu da vurğulayım ki, belə gözəl başlamağımızın səbəbi gözəl kollektivimizdir. Rəhbərlik komandanın arxasında dayanır. Ən əsası yaxşı məşqçimiz var. Onun həm insan, həm də məşqçi kimi futbolçulara yanaşması mənim əvvəlki formama qayıtmağıma da kömək edir. İnanıram ki, tezliklə köhnə günlərimə qayıdacağam.
- Gələn tur “Zirə” ilə oynayacaqsınız. Həmin qarşılaşma barədə nə deyə bilərsən?
- “Zirə” yaxşı futbolçulardan qurulmuş komandadır. Yaxşı baş məşqçiləri var. Bilirik ki, çətin olacaq. Yaxşı hazırlaşacağıq ki, bacardığımız qədər müsbət nəticə qazanaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına