“Zirə”nin yeni transferi Xulio Rodriqes Topaz Premyer Liqanın 15-ci turunda “Sabah”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, paraqvaylı hücumçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.
-“Zirə”də debütünüz uğursuz alındı...
- Mənim tərəfimdən elə də yaxşıolmadı. Daha yaxşısını gözləyirdim. Ümid edirəm ki, gələcəkdə daha yaxşı olacaq. Hücumda problemlərimiz var idi. İşləmək lazımdır.
- Autsayder komandaya keçəndə nə düşündünüz?
- Hər şey elə də pis deyil. Komandanın gələcəyi pis görünmür. Bizim üçün hər bir oyun finala bərabər olacaq. “Zirə”nin ən yaxşı oyunları qabaqdadır.
- Bu gün rəqibin heyətində həmyerliniz Erik Ramos sizə qarşı oynadı...
- Biz bir-birimizi elə də yaxşı tanımırdıq. Burada tanış olduq. Çünki mən daha çox Argentinada oynamışam.
- Tam gücünüzlə oynamaq üçün sizə nə qədər vaxt lazımdır?
- Üzərimdə işləməyə davam edirəm. Özünəinamı geri qaytaracağıma inanıram. Getdikcə daha yaxşı oynayacağam.
- İlk dəfədir Avropada oynayırsınız?
- Hə, daha əvvəl belə bir imkanım olmayıb. Dostum, Fransisko Qarsiya Azərbaycan haqda mənə məlumat verdi və bura gəlməyi məsləhət gördü.
- “Zirə” autsayder olsa da, ölkə kubokunda yarımfinala yüksəlib...
- Yaxşı ki, komandamız yarımfinaldadır. Amma çempionat da bizim üçün vacibdir. Düşünürəm ki, yuxarı sıralara qalxa bilərik.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına