"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XV turunda "Sabah"a evdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə oyunu dəyərləndirib...
- Bizim üçün həddən artıq pis oyun oldu. Özümüz bunu gözləmirdik. Görünən odur ki, yoxlama matçları ilə çempionat qarşılaşmalarının fərqinə varmadıq. Azarkeşlərimizin qarşısında çox həyəcanlı oynadıq. Matçdan əvvəl demişdim ki, bir nəfər oyundan qopsa, pis olacaq. İlk hissədə 5-6 futbolçumuzda belə oldu. Yığıb-yığışdıra bilmədik. Yeni futbolçularımızdan bu gün heç nə gözləmirdik. Ancaq istədik ki, Azərbaycan çempionatını hiss etsinlər. Nisbətən hazır olan iki nəfəri meydana buraxdıq. Ümid veriləsi bir oyun idi. Amma hər şey etdik ki, özümüzü çuxura salaq. Əsla rahatlıq yox idi. Sadəcə. bilmirəm futbolçularımıza nə oldu.
- Say üstünülüyündən istifadə edə bilmədiniz. Komandanız tapşırıqlarınızı neçə faiz yerinə yetirdi?
- Faiz dərəcəsilə sıfır. Hansısa futbolçunun oyunu getmirsə, artıq meydanda fərqinə varmır 10 nəfərik, yoxsa nə. Öz ab-havasında oynayır. Belə futbolçularımız çox idi.
- Yeni futbolçularınıza nə qədər vaxt lazımdır ki, tam formaya düşsünlər?
- Bizə 3-4 tur lazımdır ki, onlar formaya düşsünlər.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına