Topaz Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu qonaq komandanın azarkeşləri üçün ödənişli olacaq.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O bildirib ki, "Neftçi"nin istəyi ilə bu addım atılıb:
"Klub olaraq həm "Neftçi", həm də orada çalışanlarla işgüzar münasibətimiz var. "Neftçi" standart bilet satışı həyata keçirir. Biletlə bağlı onlarla anlaşmamız var idi. Bu, dünyanın hər yerində belədir. Avrokuboklarda da bu sistem həyata keçirilir. Adətən 90 faiz rəqibin öz azarkeşlərinə görə bilet alırsan, yaxud bileti dəyişdirirsən. Bu, normal prosedurdur. 80-85 faiz belə olur.
Sadəcə olaraq bu oyundan əvvəl "Neftçi"dən zəng etdilər ki, bu dəfə bu prosedur olmayacaq. Onlar dedilər ki, "Siz bizə bilet satın, bizdə sizə". Biz də "Neftçi"nin fikrinə hörmətlə yanaşdıq. Biz də öz azarkeşlərimizin marağını fikirləşməliyik. "Neftçi" ilə heç bir pis münasibətimiz yoxdur. Bu, hər hansı bir qarşıdurma üçün atılmış səbəb deyil".
Qeyd edək ki, görüş fevralın 3-də saat 18:30-da başlanacaq.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına