İslandiya klubundan Halldorsson açıqlaması

İslandiya klubundan Halldorsson açıqlaması
ÖLKƏ FUTBOLU 2 Fevral 2019 / 14:43 6334
-  A +

İslandiyanın "Valur" klubunun baş məşqçisi Runar Kristinsson "Qarabağ"ın qapıçısı Hannes Halldorssonun transferi ilə bağlı dolaşan xəbərlərə münasibət bildirib.

Qol.az-ın "futbolti.net" saytına istinadən yaydığı xəbərə görə, 49 yaşlı mütəxəssis islandiyalı qolkiperi almaq haqda düşünmədiklərini söyləyib:

"Hanneslə əlaqə saxlayırammı? Əlbəttə, bu gün İslandiyada çox adam onunla danışır. Amma bizim Beiti kimi əla qapıçımız var. Onun yeni mövsümdə komandanın bir nömrəsi olacağını gözləyirəm. Ona tam olaraq güvənirik".

Qeyd edək ki, qış fasiləsində Halldorssonun adı ölkəsinin bəzi klubları ilə hallanırdı.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner