"Neftçi"də italiyalı hücumçu

"Neftçi"də italiyalı hücumçu
ÖLKƏ FUTBOLU 2 Fevral 2019 / 09:45 5679
-  A +

"Neftçi" növbəti transferini gerçəkləşdirməyə hazırlaşır.

Qol.az-ın "Football İtalia" nəşrinə istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" İtaliya C Seriyasında çıxış edən "Novara" klubunun hücumçusu Canluka Sansone ilə anlaşıb. Hazırda Bakıda olan 31 yaşlı forvardın bu gün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağı gözlənilir. Sözləşmənin müddəti 2020-ci ilin yayına qədər olacaq. İtaliyalı futbolçunun sabah Topaz Premyer Liqanın 15-ci turunda "Qarabağ"a qarşı oynaya biləcəyi də istisna olunmur.

Qeyd edək ki, peşəkar karyerasına yerli "Montorio"da başlayan Sansone daha sonra "Valle del Covinko", "Syena", "Qallipoli", "Lansiano", "Frozinone" klublarında oynayıb. Bundan başqa, o, "Sassuolo", "Torino", "Sampdoriya", "Bolonya" və "Bari" klublarının da formasını geyinib. 2016-cl ildən isə "Novara"da çıxış edən forvard 36 oyuna 5 qol vurub.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner