Bu gün "Neftçi”nin veteran futbolçusu Yunis Hüseynovun 54 yaşı tamam olur. 1965-ci ildə dünyaya gəlmiş yarımmüdafiəçi 1984-1998-ci illər ərzində "Neftçi”nin heyətində 336 oyun keçirib, 101 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 1996, 1997), ölkə kubokunun (1995, 1996) və Superkubokun (1993, 1994) qalibi olmuş Yunis Hüseynov 1994-cü ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib. O, 1993-1998-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 34 oyun keçirib, 4 qol vurub.
Klubun rəsmi saytı doğum günü ilə bağlı Hüseynova bir neçə sual ünvanlayıb.
- Doğum gününüz mübarək, Yunis müəllim!
- Diqqətinizə görə çox sağ olun! Ümumiyyətlə, 9-u kapitan olmaqla 15 il "Neftçi”nin şərəfini qorusam da, o vaxtdan indiyədək ilk dəfədir ki, məni bu klubdan zəng vurub, təbrik edirlər.
- Karyeranız ərzində doğum gününüzdə oyuna çıxmısızmı?
- Yadıma gəlmir. Səhv etmirəmsə, çıxmamışam.
- İndiyədək sizə verilən ən gözlənilməz hədiyyə hansı olub?
- 50 illik yubileyimdə dostlarımdan aldığım hədiyyə mənim üçün gözlənilməz olub. Suvenir xəncər bağışlamışdılar. Suvenir olsa da, o xəncərlə adam da öldürmək olar... (gülür)
- "Neftçi”də keçirdiyiniz ən unudulmaz oyun və vurduğunuz qol hansı olub?
- Açığı, xüsusi bir oyun və ya qol yadıma gəlmir. Ümumiyyətlə, xatırlamaq üçün, demək olar, şəkillərim yoxdur. Məsələn, O vaxt SSRİ Olimpiya yığmasında oynasam da, həmin formada şəklim olmayıb. Başqaları o formanı götürüb şəkil çəkdirirdi, mən isə həmin formanı geyinə-geyinə şəkil çəkdirməmişəm. Çünki şəkil çəkdirməklə aram yoxdur. Çox az sayda şəklim var. Amma gərək belə eləməzdim. Şəkil çəkdirmək və onları saxlamaq lazım idi. İndi yaşa dolduqca düşünürəm ki, olsaydı baxardım. O vaxt SSRİ Olimpiya yığmasının heyətində çıxış edəndə hədiyyə olaraq mənə oyun vaxtı çəkilmiş 4-5 foto vermişdilər, amma o vaxt jurnalistlər istədilər verdim, sonra qaytarmadılar.
- Doğum gününüzü necə qeyd edəcəksiz?
- Açığı, mən heç vaxt ad günü keçirməmişəm. Ümumiyyətlə, doğum günlərimə xüsusi önəm verməmişəm. Bu gün də doğum günümü qeyd etməyəcəm. Bu günü adi bir gün kimi keçirəcəm.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?
İspaniyanın Millətlər Liqası üçün heyəti
"Neftçi" - "Kəpəz": Heyətlər
Yenə dünya çempionu oldular
Tuhel: “Millətlər Liqasında birinci olmalıyıq”
"Qarabağ" - "Turan Tovuz": Heyətlər açıqlandı
İngiltərənin Xorvatiya və İspaniya ilə oyunlar üçün heyəti
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
Futbol meydanlarından Zəfər meydanlarına