"Səbail"də ukraynalı qapıçı - rəsmi

"Səbail"də ukraynalı qapıçı -  rəsmi
ÖLKƏ FUTBOLU 30 Yanvar 2019 / 18:28 3977
-  A +

"Səbail" heyətinə yeni qapıçı cəlb edib.

Qol.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi ukraynalı qolkiper Alaksandr Rıbkanı transfer edib. Müqavilə müddəti və şərtləri haqda məlumat verilməyib.

Qeyd edək ki, Kiyev "Dinamo"sunun sabiq qapıçısı bir müddət Ukrayna millisinə də dəvət alıb. 32 yaşlı əlcək sahibi son olaraq Türkiyənin birinci liqa təmsilçisi "Afyonspor" klubunda çıxış edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner