"Sumqayıt"da növbəti cənubi azərbaycanlı futbolçu

"Sumqayıt"da növbəti cənubi azərbaycanlı futbolçu
ÖLKƏ FUTBOLU 29 Yanvar 2019 / 17:40 3872
-  A +

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "gənclik şəhəri" təmsilçisi cənubi azərbaycanlı futbolçu Peyman Keşavarzla 6 ay + 1 il sistemi ilə müqavilə imzalayıb. 22 yaşlı müdafiəçi "Sumqayıt"da 50 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Təbrizin "Traktorsazi" komandasının yetirməsi olan P. Keşavarz həmin şəhərin digər klubları olan "Maşınsazi" və "Qostareş Fulad" ilə yanaşı, "İstiqlal Əhvaz"ın da şərəfini qoruyub.

Xatırladaq ki, "Sumqayıt" bundan əvvəl "Maşinsazi" klubundan cənubi azərbaycanlı hücumçu Peyman Babayini heyətinə qatıb.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner