“Qarabağ” futbol klubunun daha bir əfsanəsini son mənzilə yola saldıq. “Qarabağ” klubunun təsisçisi, şəhid komandir general Ərşadın qardaşı, millimizin 17 nömrəsi olmuş Vüqar Nadirovun əmisi, jurnalist həmkarımız Ülviyyə İsmayılovanın dayısı Adil Nadirov haqq dünyasına qovuşdu. Onu nahaq yerə “əfsanə” adlandırmadım. Bunun üçün ciddi əsaslarım var. Amma bu barədə bir qədər sonra. İndi isə...
Mən onu tanıyanda nə Ərşad Nadirov şəhid olmuşdu, nə Vüqar vardı, nə Ülviyyə. Mən uşaq idim, Adil Nadirov isə cavan oğlan. Ağdamın sayılıb-seçilən cavanlarından biri. Yeyib-içən, gülərüz, bir az da çapqın... Həyatını futbola bağlamışdı. Amma çoxları onu sadəcə futbolçu kimi yox, elə Adil Nadirov kimi tanıyırdı.
Vaxt gəldi, vədə yetişdi və bu ipə-sapa yatmayan oğlan çiyninə ağır bir yük götürdü. “Qarabağ” boyda bir yük. Təsəvvür edirsiz? Ağdam işğal olunub. Qohum, dost, el-oba yerindən, yurdundan didərgin düşüb. Yurdunu, doğma ocağını itirənlərdən biri də Adil Nadirov idi. Amma o, bu gün Avropada haqqında danışılan bir klubun yaşaması üçün çaba göstərirdi. Yalan desəm, Müşfiq Hüseynov səhvimi tutar. Amma yalan demirəm. O ağır günlərdə Adil Nadirov çiyninə götürdüyü bu yükü kənara atmadı, şərəflə daşıdı. Komandanı yox olmaqdan, bəli, bəli, yox olmaqdan qorudu. Yaşatdı. “Perajki” ilə yaşatdı...
Məncə, bugünkü baş məşqçilər Adil Nadirovun komandanı necə motivasiya elədiyini öyrənməlidir. Komandaya “perajki” yedirdib oyuna çıxarmaq nə deməkdir, təsəvvür edirsiz? Bunu indi hətta təsəvvür etmək belə çətindi. Amma Adil Nadirov bunu bacardı. “Qarabağ”ı qorudu. Bu gün üçün qorudu.
Bax buna görə də Adil Nadirov “Qarabağ”ın əfsanəsi idi. Məhz elə buna görə bu gün “Qarabağ”ın çörəyini yeyənlər ona minnətdar olmalıdır.
Ötən il jurnalist fəaliyyətimlə bağlı bəzi görüşlər keçirirdim. Bu görüşlərin birində Ağdam camaatının yaxşı tanıdığı və dəllək Azadın oğlu Lyonik kimi çağırdığı, köhnə futbolçu Leonid Ağanesyanla görüşdüm. Söhbətimiz Allahverdi Bağırov barədə idi. Lyonik söhbət arasında Adil Nadirovu da soruşdu. Kimsə bu hadisəni başqa cür də yoza bilər. Amma mən nədən danışdığımı yaxşı bilirəm. Bəli, Lyonik Ağdamı işğal edən bir xalqın nümayəndəsidir, bəli, Lyonik bu gün Xankəndidə yaşayır, amma o Adil Nadirovu soruşdu və dərhal bir kəlmə dedi: “Adil kişi adamdı” .
Adil kişi adam idi. Adil bir əfsanə idi. Amma bu əfsanənin sonu gəldi. Ağdamda yox, Bakıda... Adil Nadirovun dəfn mərasimində köhnə dostu, “Qarabağ”ın veteranlarından biri Gülağanın ona söylədiyi bir söz yadıma düşdü: “Adil, səni Ağdamda basdırım!” Amma Gülağa onu Ağdamda basdıra bilmədi. Biz onu Ağdamda basdıra bilmədik.
Bağışla bizi Nadirov, biz səni Ağdamda basdıra bilmədik...
Asəf QULİYEV
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?