Milli komandamızın sabiq üzvü Eddi İsrafilov formasını geyindiyi "Alkorkon"dakı vəziyyətindən danışıb.
Qol.az-ın məlumatına görə, İspaniyanın dünyaca məşhur "Marca" nəşrinə danışan yarımmüdafiəçi Sequnda təmsilçisində xoşbəxt olduğunu bildirib:
"Alkorkon" məni bir futbolçu kimi böyüdən komandadır. Böyük inam hissinə sahibəm və meydandakı hər andan zövq alıram. Baş məşqçimiz Kristobal Parraloya mənə verdiyi şansa görə minnətdaram. O, oyunçularla çox yaxındır və hamıdan necə yararlanacağını yaxşı bilir. Oyunu oxumaqda da çox bacarıqlıdır”.
İsrafilov mövsümün ikinci hissəsində işlərinin daha çətin olacağını söyləyib: "Mükəmməl nəticələrimiz oldu. Ancaq mövsümün ikinci hissəsi daha çətin olacaq. Hədəflərimizə baxanda hansı çətinliklərlə qarşılaşacağımızı bilirik. Ancaq bacaracağımıza inanırıq, həmişə iş başında və əzmli olacağıq. Bu isə nəticəni gətirəcək".
26 yaşlı yarımmüdafiəçi "Alkorkon"u karyerasının ən yaxşı komandası adlandırıb: "Müxtəlif təcrübələr yaşadım, bir neçə Sequnda klubunda çıxış etdim, amma "Alkorkon" kimi komandada oynamamışdım. Bu, indiyə qədər oynadığım ən yaxşı komandadır. Azarkeşlər bizi həmişə irəli səsləyir və biz bütün dəstəyi hiss edirik. Təvazökar komandamız var, amma hədəflərimiz böyükdür. Məqsədimiz oyunumuzda stabillik yaratmaqdır. Bunu bacardıqdan sonra başqa bir şey haqda düşünə bilərik".
Qeyd edək ki, bu ilin əvvəlindən "Alkorkon"da çıxış edən İsrafilov cari mövsüm 13 matçda 1 qol vurub.
Neymar ağır zədə aldı
Qəbələdə vurulan 3 qol - Video
"Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
Mbappe hamını qabaqladı
Türkiyə klubunda yeni baş məşqçi
Misli Premyer Liqasında maraqlı qol sevinci - Video
Fərid Namazov: "Qəbələ"də istək daha çox idi"
Kamilo Duran Şotlandiyada ayın ən yaxşısı seçildi
Birinci liqada ilk tura yekun vuruldu
"Kəpəz" - "Şamaxı": Heyətlər
Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
39 yaşlı Vardi yenidən Premyer Liqada oynaya bilər
"Qəbələ" - "İmişli" : Heyətlər
“Mançester Yunayted”in ÇL üçün heyəti açıqlandı
“Mançester Yunayted”in Çempionlar Liqası üçün heyəti
Avropada 16 klub üçün ilk - “Sabah” da siyahıdadır
“Liverpul”un yeni transferi kimdir?
“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
"Neftçi"dən ayrılan Piriç bu kluba keçdi
İsveçrə millisinin üzvü "Torino"da
Türkiyəli mütəxəssis Azərbaycan millisindən getdi
"Sabahın Ulduzları": 8-ci tura yekun vuruldu
Toral oynadı, "Bursaspor" qələbə qazandı
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Taliska "Fənərbaxça"dan getdi
UEFA-dan azarkeşlər üçün yeni mövqe
Muradın komandası Superkubokun qalibi oldu
Millinin oyunçusu 31 yaşında karyerasını bitirdi